Cümə axşamı, 5 İyun, 2025

Korporativ hüquqşünas vakansiyası


  • Dərc edildi: 12 Dekabr, 2022 - 16:25
Korporativ hüquqşünas vakansiyası

Komandamıza Korporativ hüquqşünas axtarırıq.

Vəzifə öhdəlikləri:

• Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək
• Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək
• Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək
• Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək
• Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq

� Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək
• Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək
Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək
• Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.


Tələblər:
• Təhsil dərəcəsi: Bakalavr (Hüquq sahəsi, hüquqşünas)
• Təcrübə: Sahə üzrə ən az 3 il,
• Məsuliyyətlilik
• Ünsiyyət qurmaq bacarığı
• Etibarlılıq
• Detallara fikir vermək qabiliyyəti
• Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
• Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)

Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini "Hüquqşünas" başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 242
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 68
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 164
Lisey və gimnaziyala...