Dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən keçiriləcək ustad dərsləri

Böyük məmnuniyyətlə sizi dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən keçiriləcək ustad dərslərə dəvət edirik.

Bir həftə davam edəcək müasir rəqs üzrə ustad dərsləri 7-12 noyabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq.

Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır, o cümlədən: "MENSCH" (2016, Saarländisches Staatstheater, Almaniya), "LUNGS" (2016, UCLA, ABŞ), "EMPTY3" (2017, Ate9, ABŞ; Gauthier Dance//Dance Company Theaterhaus Stuttgart, Almaniya), "PARADISO" (2018, Frontier Danceland, Sinqapur), "VULNER" (2018, Norrdans, İsveç), "BALLROOM" (2019, Festspielhaus St. Pölten, Avstriya), "I AM" (2019, Ballet du Rhin, Fransa).

İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin/dilinin/pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir: Paris Operanın Balet Truppası (Fransa), Ballet BC (Kanada), Niderland Rəqs Teatrı, İspaniya Milli Rəqs Truppası, Finlandiya Milli Operası, Höteborq Opera Teatrı (İsveç), Hanover Baleti (Danimarka), Bordo Milli Baletini (Fransa). 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis etdi. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.

Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.

Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçiriləcək.

Məkan: YARAT Mərkəzi, 2-cimərtəbə (MFZ).
Tarix: 7-12 noyabr, 19:00-21:00

Qeydiyyat üçün: https://cutt.ly/INslmkk



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az