Komandamıza "Ofis Menecer" axtarırıq!
Namizədə olan tələblər:
· Müvafiq sahədə 1 ilədək iş təcrübəsi;
· MS Excel-lə işləmə bacarığı;
· İngilis dili – “İntermediate” səviyyədə.
Vəzifə öhdəlikləri:
· Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
· Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
· Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək;
· Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blanklarını hazırlayaraq müvafiq şöbəyə yönləndirmək;
· Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək.
İş şərtlərimiz:
· Əmək haqqı: 500 AZN;
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş saatları: 08:30-17:30;
· İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ofis Menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb