Bazar, 8 İyun, 2025

Dövlət Proqramı İdarəetmə Qrupu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir


  • Dərc edildi: 17 Fevral, 2023 - 22:45
Dövlət Proqramı İdarəetmə Qrupu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir

Vəzifə haqqında məlumat:

Maliyyə mütəxəssisi vəzifəsinin icrası İdarəetmə Qrupunun fəaliyyətinin, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin təşkilindən ibarətdir.

Öhdəliklər:

  • Dövlət Proqramının fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi, maliyyə - iqtisadi təhlillərin aparılması;
  • Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
  • Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının və xaricdə bakalavriat, magistratura və doktorantura təhsilinin icrası və Dövlət Proqramı İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı büdcənin, gəlir və xərclər smetasının hazırlanması;
  • Dövlət Proqramının icrası ilə bağlı maliyyə ili və növbəti illər üçün büdcə proqnozunun hazırlanması;
  • Dövlət Proqramının icrası ilə bağlı İctimai Sektor üçün Mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun təşkili və aparılması;
  • Dövlət Proqramının icrası ilə bağlı Büdcə sistemi haqqında Qanuna əsasən rüblük və illik hesabatların, həmçinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması;
  • Dövlət Proqramına və Dövlət Proqramı İdarəetmə Qrupuna aid olan aylıq, rüblük, illik bəyannamələrin və hesabatların (vergi, sosial sığorta, statistika və s.) hazırlanmasında iştirak etmək;
  • Maliyyə sənədlərinin yoxlanılmasında, ödənişlərin həyata keçirilməsində iştirak etmək;
  • Malların (iş və xidmətlərin) satınalınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun satınalma prosedurunun həyata keçirilməsi və müqavilələrin hazırlanması;
  • Dövlət Proqramı İdarəetmə Qrupuna daxil olan maliyyə xarakterli məktubların icrası.

Tələblər:

  • Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyatın tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil;
  • Maliyyə işləri üzrə minimum 2 il iş təcrübəsi, büdcə təşkilatında iş təcrübəsinə üstünlük verilir;
  • Elektron Maliyyə proqramlarını işlətmə bacarığı;
  • Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) – yüksək səviyyədə
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə. Qeyd edilən dillər üzrə şifahi və yazı qabiliyyətinə sahib olma;
  • Yüksək ünsiyyət və kollektivdə iş bacarığı;
  • Təşkilati bacarıqlar;
  • Digər tələblər: İdarəçilik qabiliyyətlərinə malik olmalı, Mövcud qanunvericiliyi bilməlidir.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 01.03.2023

Son müraciət tarixi: 01.03.2023-cü il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 155
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 334
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 91
Elm və təhsil naziri...