Cümə axşamı, 21 Avqust, 2025

Qızlar üçün ödənişsiz "CodePro" proqramlaşdırma kursu təşkil olunacaq


  • Dərc edildi: 14 Aprel, 2023 - 11:45
Qızlar üçün ödənişsiz "CodePro" proqramlaşdırma kursu təşkil olunacaq

Gravity Inc. və Mars Academy şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Məktəbli qızlar proqramlaşdırmada" təqaüd proqramını açıq elan edirik! 

Bu təqaüd proqramı vasitəsilə aztəminatlı ailələrdən olan 8-14 yaşlı məktəbli qızlar həftədə 2 dəfə olmaqla 6 ay davam edəcək proqramlaşdırma dərslərindən tamamilə ödənişsiz olaraq yararlana biləcəklər. Bu kurs ərzində şagirdlər 8 fərqli proqramlaşdırma üsulu ilə blok və mətn əsaslı proqramlaşdırmanı dərindən öyrənəcək və praktiki olaraq tətbiq edəcəklər. Kursun sonunda şagirdlər verilmiş məsələləri sərbəst şəkildə analiz və həll edə biləcək, animasiya və sadə oyunlar yaratma bacarıqlarına malik olacaqlar.

Təqaüd proqramına qeydiyyat linki: https://lnkd.in/eM785TR3

Postu paylaşaraq daha geniş auditoriyaya çatmağımıza kömək edərək layihəyə öz töhfənizi verə bilərsiniz.

Son qeydiyyat tarixi: 20.04.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...