“Rabitəbank” ASC Təşkilati şöbəyə, Aparıcı/Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir

“Rabitəbank” ASC Təşkilati şöbəyə, Aparıcı/Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir. 

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. 

Vəzifə öhdəlikləri:

  • Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaların işlənib hazırlanmasında iştirak edir;
  • Müşahidə Şurası və İdarə Heyəti iclaslarının protokollarını hazırlayır;
  • Müşahidə Şurası və İdarə Heyətinin iclaslarının protokol qərarlarının və İdarə Heyəti sədrinin sərəncam, tapşırıq və əmrlərinin icrasına nəzarət edir;
  • Müşahidə Şurası və İdarə Heyəti iclaslarının təşkilini təmin edir;
  • Katibliyin Əsasnaməsi, İdarə Heyəti sədrinin və Təşkilati Şöbənin rəhbərinin, şöbənin əsasnaməsi daxilində ona həvalə edilmiş digər tapşırıqları həyata keçirir;
  • Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərinin icrasını təmin etmək;

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (hüquqi və ya iqtisadi təhsilin olması arzuolunandır); 
  • Müvafiq sahə üzrə azı 2 il təcrübə;
  • Operativ təhlil, düzgün qiymətləndirmə və keyfiyyətli icra bacarığı; 
  • MS Office proqramında yüksək səviyyədə işləyə bilmək bacarığı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  24.06.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını “Təşkilati şöbə, Aparıcı/Baş mütəxəssis” email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az