reklam

“Sahibkar məktəbli” II respublika müsabiqəsi

 

 

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Sahibkar məktəbli” II respublika müsabiqəsinə start verilib.


Müsabiqənin məqsədi uşaq və gənclərin biznes və sahibkarlıq bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, istedadlı məktəblilərin yaradıcı təşəbbüslərini həyata keçirmək üçün şəraitin yaradılması, gənc ixtiraçıların peşəkarlıq qabiliyyətlərinin təkmilləşdirilməsi, uşaq və gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi və perspektivli gənclərin aşkar edilməsindən ibarətdir.


Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri müsabiqədə iki yaş qrupunda (10-13 yaş və 14-16 yaş) fərdi, həmçinin 3 və ya 5 nəfərdən ibarət komandalar şəklində iştirak edə bilərlər.


Müsabiqənin nominasiyaları və mərhələləri aşağıdakılardır:
• İnternet sahibkarlığı (satış);
• Sosial, ictimai sahədə sahibkarlıq;
• Art marketinq üzrə sahibkarlıq;
• Ekoloji təmiz məhsul üzrə sahibkarlıq;
• Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.

I mərhələ  -  1 – 30 oktyabr 2022-ci il tarixlərində keçirilir. Bu mərhələdə müsabiqəyə qatılacaq iştirakçılar özləri haqqında məlumatları ərizə formalarına (fərdi - Əlavə 1, kollektiv - Əlavə 2, Əlavə 3) uyğun doldurub “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin [email protected] elektron ünvanına göndərir.
II mərhələ - 1 noyabr  – 1 dekabr  2022-ci il tarixlərində startap və sahibkarlıq fəaliyyəti, mentorluq anlayışı üzrə təlimlər hibrid formada keçirilir.
III mərhələ - 1 – 15 dekabr 2022-ci il tarixlərində iştirakçılar tərəfindən videoçarx və layihə təqdimatları hazırlanır.  
IV mərhələ - 15 – 25 dekabr 2022-ci il tarixlərində keçirilir. Bu mərhələdə videoçarxlar, təqdimatlar üçün təqdim edilən ərizələrin toplanması, təhlili, layihələrin qısa siyahısı formalaşdırılır.
Final mərhələsi- 27 dekabr 2022-ci il tarixində keçirilir. Bu mərhələdə seçilmiş startap layihələrinin təqdimatı aparılır və qaliblər müəyyən edilir.


Müsabiqənin keçirilmə şərtləri və qaydaları, həmçinin qiymətləndirmə meyarları Əsasnaməyə uyğun aparılır.


“Sahibkar məktəbli” II respublika müsabiqəsində 2 xüsusi qalibi, hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibləri Elm və Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılır. Bütün iştirakçılara sertifikatlar təqdim olunur.


Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar 994 12 492 57 67, +994 55 630 73 03  telefon nömrələri ilə əlaqə yarada bilərlər.

 

 “Sahibkar məktəbli” II respublika müsabiqəsinin Əsasnaməsi


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az