Sosial media meneceri vakansiyası

Komandamıza Meta Business Suite-də targetinq bacarığına malik, reklam yerləşdirə bilən və müştəri cəlb edəcək sosial media meneceri axtarırıq. 



Əsas tələblərimiz:

Targetinq və Reklam:Meta Business Suite platformasında reklam yerləşdirmə və hədəf kütləyə doğru çatdırılma bacarığı.

- Müştərin Cəlbi: Gələn mesajları səbrlə cavablayaraq müştəri cəlb etmək və sosial media hesablarımızı (əsasən instagram) idarə etmək.

- Kontent Yaradılması: Psixologiya mövzusunda kontentlər hazırlamaq, bunlar post və ya video formatında ola bilər. 

Sunduğumuz fürsətlər

- Postların peşəkar qrafik dizayner və video redaktoru tərəfindən istədiyiniz formatda hazırlanması təmin ediləcək.
- Uğurlu kontent yaratmağınız və postların daha çox insana çatması üçün lazım olan bütün dəstək göstəriləcək.
- Ödəniş ilkin 3 ay ərzində satış sayına görə komissiya formatında olacaq. Uğurlu nəticə əldə edildikdən sonra aylıq maaş+bonus təqdim olunacaq.

Yeni SMM sahəsinə başlayan və bu sahədə özünü inkişaf etdirmək istəyən şəxslər də müraciət edə bilərlər.

Maraqlanan şəxslər, hər hansısa kommersiya, blog və ya vlog məqsədli fəaliyyət göstərən sosial media hesabını (əgər varsa) və bir ədəd psixologiya mövzusunda hazırladığı kontenti PDF formatında [email protected] ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az