"Marketinq üzrə aparıcı mütəxəssis" vakansiyası

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC (gubre.az) "Marketinq üzrə aparıcı mütəxəssis" vakansiyasını elan edir.


Namizədə olan tələblər:
 
·           Ali təhsil (marketinq, menecment, jurnalistika və ya iqtisadiyyat yönümlü təhsil);
·           Marketinq sahəsində 3 ildən az olmayan təcrübəsi olmalıdır;
·           Marketinqin nəzəri əsaslarını yaxşı səviyyədə bilməlidir;
·           Mətbəə işləri, media buying, KİV ilə işlər üzrə bilik və təcrübəsi olmalıdır;
·           Azərbaycan və Rus dili biliyi yüksək səviyyədə olmalı (ingilis dili biliyi üstünlükdür);
·           Bölgələrə ezamiyyətlərə hazır olmalı.
 
Vəzifə öhdəlikləri:  
 
·        KİV ilə əlaqələri təşkil edəcək və sifarişlərin səmərəli icrasını təmin edəcək;
·        POS və promo materialların hazırlanması üzrə sifarişlərin icrasını koordinasiya edəcək;
·        Tədbirlərin təşkili və sərgilərdə şirkətin iştirakının təmin edilməsi ilə bağlı məsul olacaq;
·        Satış nöqtələrinin brendləşmə və merçendayzinq məsələləri üzrə cavabdeh olacaq. Marketin şöbəsinin fəaliyyəti ilə bağlı digər işlərdə iştirak edəcək.
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 1684-1939 AZN
·           İş qrafiki : Tam iş günü (5 gün)
·           İş saatları: 08:30-17:30.
·           Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə aparıcı mütəxəssis” yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az