Sabit xidmətlər əlaqə mərkəzi üzrə təmsilçi vakansiyası

Sabit xidmətlər əlaqə mərkəzi üzrə təmsilçi 

 

Vakansiya haqqında

Şirkət: Azerconnect

İdarə: Müştəri Əməliyyatları

İş qrafiki: Növbəli

Son müraciət tarixi: 18.12.2023

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

 

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

 

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
  • Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müraciətinin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş KPİ-lara nail olmaq;
  • Abunəçinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil/çıxan zəngləri idarə etmək;
  • Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək;
  • Şirkətin siyasət və prosedurlarına əməl etmək;
  • Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

 

Vəzifənin tələbləri:

  • Orta və ya ali təhsil
  • MS Office proqramlarını bilmək
  • Azərbaycan və rus dilləri – əla; İngilis dili – kafi
  • Müştəri yönümlük & Komandada işləmə bacarığı
  • Çeviklik

 

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az