AzTU Ömürboyu Öyrənmə Məktəbi Yüksək Təhsil İnstitutu ilə birgə müəllimlərin işə qəbulunu elan edir

2024/2025-ci tədris ilində magistratura pilləsi üzrə pilot qaydada seçilmiş fənlərin tədrisi məqsədilə AzTU Ömürboyu Öyrənmə Məktəbi Yüksək Təhsil İnstitutu ilə birgə müəllimlərin işə qəbulunu elan edir. 

 

Fənlər:

· Layihələrin idarə edilməsi (mühazirə) - Azərbaycan və rus dillərində

· Tədqiqat işinin aparılması (mühazirə və seminar) - Azərbaycan və rus dillərində 

Layihələrin idarə edilməsi fənni üzrə tələblər:

· Fənnin aid olduğu sahələrdə ən azı magistr dərəcəsinin olması;

· Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatın (PMİ, İPMA, İSO təşkilatlarının) olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:20 aralığı) tədris aparmaq imkanının olması. 

Tədqiqat işinin aparılması fənni üzrə tələblər:

· Mühəndislik və ya humanitar sahələrdə magistr dərəcəsinin olması (elmi dərəcənin olması üstünlükdür);

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Tədrisdə tələbəyönümlü yanaşma;

· Komanda tədqiqat bacarıqları;

· Axşam saatlarında (18:30-21:20 aralığı) tədris aparmaq imkanının olması.

Tələb olunan sənədlər:

· Ətraflı CV;

· Diplomların surəti;

· İddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun (Azərbaycan və ya rus dilində) sillabus;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatının surəti (xaricdə ingilis dilində magistratura və doktorantura təhsili almış və diplomları Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarında tanınmış (nostrifikasiya olunmuş) namizədlərə şamil edilmir). 

Maraqlanan şəxslər qeyd olunan sənədləri iddia etdikləri fənn yaxud fənlərin adlarını elektron məktubun “Mövzu” hissəsində göstərməklə [email protected]z e-poçt ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 25.05.2024-cü il saat 18:00

SİLLABUS_Aze

SYLLABUS_Eng


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az