Çərşənbə, 3 Sentyabr, 2025

V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb


  • Dərc edildi: 4 Fevral, 2025 - 10:45
V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

 

Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında V Azərbaycan Astronomiya Olimpiadasının respublika turu keçirilib. Onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1200 nəfərə yaxın şagird qeydiyyatdan keçib. 

Təşkilat komitəsinin qərarına əsasən toplam 100 balın 75 bal və yuxarını toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bakı Dövlət Universitetində keçiriləcək olimpiadanın finalına iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən, mərkəzdə təşkil olunacaq. Bundan əlavə “Həvəskar Astronomiya Cəmiyyəti” İB məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.

V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Onu da əlavə edək ki,  Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyi ilə iştirak edir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1080
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 242
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8063
Sumqayıt Dövlət Univ...