Flutter Developer (Mid/Senior)

Flutter Developer (Mid/Senior) (tam ştat)

 

Bakı, Azərbaycan

 

Tripsome əyləncə, asudə vaxt fəaliyyətlərinə onlayn bilet və unikal qonaqlamaların rezervasiyası üçün onlayn platforma təklif edən texnologiya şirkətidir. Biz innovativ, yaradıcı və istedadlı mütəxəssislərdən ibarət gənc, dinamik komandayıq.

 

Hərşeydən əvvəl, siz:

 

  • Tez-tez mürəkkəb, texniki problemləri həll edir, kodlayır və kodun performanslı, oxunaqlı, yaxşı strukturlaşdırılmış, test olunmuş və arxitekturamıza uyğun olmasını təmin edirsiniz.
  • Tələbləri yaxşı dizayn edilmiş texniki həllərə çevirməyi bacarırsınız.
  • Ünsiyyətcilsiniz və aktiv kommunikasiya edirsiniz. Komanda daxilində digərlərinə kömək etməyə və ya onlardan kömək almağa hazırsınız.
  • Kompüter Elmləri üzrə Bakalavr və ya Magistr dərəcəsi, oxşar texniki təhsil sahəsi və ya ekvivalent praktik təcrübəyə sahibsiniz.

 

Tələblər:

 

  • Flutter Developer kimi 3 ildən az olmayaraq təcrübə.
  • Dart proqramlaşdırma dilində yüksək səviyyədə bilik.
  • Experience with state management (Provider, Bloc/Cubit, etc.).
  • Provider, bloc/cubit və s. üzrə təcrübə
  • RESTful API və inteqrasiya bilikləri.
  • Mobil proqramların arxitekturasını və dizayn prinsipləri üzrə biliklər.
  • Yüksək səviyyədə problem həll etmə və ünsiyyət bacarıqları.
  • App Store və Google Play-də mobil proqramların dərc edilməsi bacarıqları.
  • Native Android və iOS proqramlaşdırma üzrə təcrübə.
  • Agile iş prosesi metodologiyaları ilə tanışlıq.
  • Komanda mühitində müstəqil və birgə işləmək bacarığı.
  • Vizual cəhətdən cəlbedici və intuitiv mobil proqramlar yaratmaq həvəsi.
  • İngilis dili səviyyəsi - orta.

 

Səni nə gözləyir?

 

  • Discord kanalında komanda ilə səhər görüşləri (stand-up).
  • Səliqəli və keyfiyyətli kod yazmaq.
  • Mobil tətbiqləri istifadəyə buraxmaq və istifadəçilərin tətbiqlərin funksiyalarından necə istifadə etdiyini analiz etmək.
  • Prioritet və təcililik kriteriyalarına uyğun olaraq Jira vasitəsilə komanda tərəfindən bildirilən xətaları həll etmək.
  • Proqramlaşdırma, istifadəyə vermə və texniki dəstəyə qədər mobil tətbiqlərin bütün aspektləri üçün məsuliyyət daşımaq. Mərhələləri müəyyənləşdirməyə kömək edəcək CTO ilə sıx əməkdaşlıq etmək.
  • Xüsusiyyət spesifikasiyalarını müəyyən etmək və istifadəçilərimiz və partnyorlarımız üçün yüksək keyfiyyətli mobil tətbiqləri hazırlamaq üçün Məhsul Rəhbərimizlə sıx əməkdaşlıq etmək.

 

Təklif:

 

  • Namizədin təcrübəsinə əsaslanan rəqabətli əmək haqqı.
  • Uzunmüddətli öhdəlik götürən işçilər üçün şirkətdə səhm paketi.
  • Dinamik startap mühitində peşəkar inkişaf və təcrübə.
  • Bürokratiyadan uzaq idarəetmə yanaşması.
  • Şirkətin strateji iclaslarında iştirak.
  • Aylıq əyləncə biletləri (Tripsome.com-da fəaliyyətlərə biletlər).

 

LinkedIn vasitəsilə müraciət edin və ya CV -nizi və LinkedIn profilinizi [email protected] ünvanına "Flutter Developer (Mid/Senior)" başlığı altında göndərin.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az