“İnnovativ məktəb direktorları” layihəsi yenidən direktorların müraciətinə açıq elan edilir!

“İnnovativ məktəb direktorları” layihəsi yenidən direktorların müraciətinə açıq elan edilir!

Layihənin məqsədi: Vəzifəyə yeni başlamış məktəb direktorlarının peşəkar inkişafına dəstək olmaq, onları qabaqcıl liderlik təcrübələri ilə tanış etmək və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən direktorları bir araya gətirərək, ölkəmizdəki məktəb idarəçiliyinin qarşısında duran əsas problem və imkanları müzakirə etməkdir. 

Format: Layihə həm onlayn, həm də əyani formatda 3 hissədən ibarət olacaqdır. İlk hissədə iştirakçılar 4 müxtəlif mövzuda onlayn təlimlərə qoşulacaqlar. İkinci hissədə ABŞ məktəb direktorları və təhsil ekspertləri ilə peşəkar söhbətlər aparmaq üçün iştirakçılar onlayn sessiyalara qoşulacaqlar. Üçüncü və sonuncu hissədə isə, iştirakçılar bu ilin May ayında Bakıda keçiriləcək iki günlük “Məktəb direktorlarının forumu”-da iştirak edəcəklər. Forumda həm yerli, həmdə xarici təhsil ekspertlərinin iştirakı nəzərdə tutulub.

Layihədə iştirak tamamiylə ödənişsizdir. Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

İlk hissənin təlim mövzuları və təlimçilər:

  1. ‘Məktəbin strateji planlaşdırılması’ - İlahə Rəsulova, doktorant, təhsilin idarə olunması üzrə mütəxəssis, ABŞ-ın Humphrey proqramının məzunu
  2. ‘Bərabərlik və inklüzivlik’ - Elnara Məmmədova, inklüziv təhsil mütəxəssisi,  ABŞ-ın Purdue universitetinin doktorantura tələbəsi
  3. ‘Müsbət məktəb mədəniyyətinin formalaşdırılması’- Səbinə Ağayeva, Böyük Britaniyanın Çivininq proqramının məzunu, Xəzər Universitetinin Təhsil departamentinin müəllimi
  4. ‘Pedaqoji liderlik’ - Cavad Cavadlı, keçmiş məktəb direktoru, Mərkəzi Aran Regional Təhsil İdarəsində Təhsilin keyfiyyəti sektorunun müdiri

Kimlər müraciət edə bilər: Vəzifəsinə son 3 ildə təyin olunmuş Azərbaycanın bütün bölgələrindən olan məktəb direktorları.

Qeyd: Layihə yalnız məktəb direktoru vəzifəsində işləyənlər üçün nəzərdə tutulub.

Müraciət üçün: Müraciət etmək istəyən namizədlərdən aşağıdakı müraciət formasını doldurmaları xahiş olunur.  

Əlaqə üçün: [email protected] 

Müraciət formasının linki:  https://forms.gle/8aabMHYwNhkNckMn6

Müraciət üçün son tarix: 26 Fevral, 2023-cü il



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az