16-18 may 2025-ci il tarixlərində Bakı və Xankəndi şəhərlərində Ankara Hacı Bayram Veli Universitetinin Turizm, Qarabağ Universitetinin İqtisadiyyat, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültələrinin birgə təşkilatçılığı ilə 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı keçiriləcək.
* Türk Dünyasında ortaq mədəni irs elementlərinin turizmdə rolu
* Türk Dünyası ölkələri arasında mədəni irs turizmi əməkdaşlığı
* Ortaq tarix və mədəniyyətin turizm vasitəsilə təbliği və qorunması
* Türk Dünyasında mədəni irs turizminin inkişafı strategiyaları
* Türk Dünyasında mədəni irsin davamlı turizmlə dəstəklənməsi
* Mədəni irsin qorunmasında davamlı turizmin rolu
* UNESCO-nun Dünya İrs Siyahısı və turizmə təsirləri
* Mədəni irs sahələrində ziyarətçilərin idarə olunması strategiyaları
* Mədəni irsin rəqəmsal arxivləşdirilməsi və virtual muzeylər
* 3D modelləşdirmə və artırılmış reallıq tətbiqləri
* Rəqəmsallaşmanın turizmdə yeni imkanlar yaratması
* Mədəni irs turizminin yerli iqtisadiyyata verdiyi töhfələr
* Turizm gəlirlərinin mədəni irsin qorunmasına yönləndirilməsi
* Mədəni irs turizminin davamlı inkişafa təsiri
* Mədəni irs turizmində yerli əhalinin iştirakı
* İcma əsaslı turizm və yerli iqtisadiyyatların gücləndirilməsi
* Mədəni irsin turizmə açılması və sosial dinamika
* Mədəni irsin təhsil yolu ilə təbliği və turizmə inteqrasiyası
* Məktəblərdə mədəni irs haqqında məlumatlılığın artırılması
* Mədəni irs sahələri üçün turizm təhsili proqramları
* Mədəni irsin turizm vasitəsilə kommersiyalaşdırılması və etik məsələlər
* Ziyarətçilərin sayı ilə mədəni irsin qorunması arasında tarazlıq
* Turizmdə mədəni irsin düzgün təmsil olunması
* Mədəni irsin gələcək nəsillərə ötürülməsində turizmin rolu
* İqlim dəyişikliyi və mədəni irsin qorunması
* Mədəni irs turizmi üçün innovativ strategiyalar və siyasətlər
* Mədəni irs sahələrində rekreasiya təhsili proqramları
* Gənclər üçün mədəni irsə yönəlmiş rekreasiya tədbirlərinin təşkili
* Mədəni irsin qorunmasında rekreasiya təhsilinin rolu
* Türk Dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə töhfəsi
* Türk Dünyasında qastronomiya və mədəni irsin təbliği üçün əməkdaşlıqlar
* Ortaq yemək festivalları və qastronomiya turizminin inkişafı
Tezis/Məqalənin təqdim edilməsi üçün son tarix: 05 Aprel 2025-ci il
Qəbul edilən tezis və məqalələrin elanı: 20 Aprel 2025-ci il
Qeydiyyat və müəllif hüququ formalarının təqdim edilməsi üçün son tarix: 25 Aprel 2025-ci il
Konfrans proqramının elanı: 05 May 2025-ci il
Konfrans və qeydiyyat barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz: https://hacibayram.edu.tr/ittd25
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb