Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera filialının, Xidmət inkişafı və innovasiyalar şöbəsinin baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir!
VƏZİFƏ FUNKSİYALARI:
- Beynəlxalq təcrübəyə və yerli ehtiyaclara əsasən peşəyönümü məsləhət xidməti və karyera planması sahələrində yeni xidmətlərin (layihə, tədbir, təlim və yanaşmaların) araşdırılması, hazırlanması və təqdim edilməsi, həmçinin yeni xidmətlərin araşdırılması, hazırlanması ilə əlaqədar lazımi rəy və təkliflərin verilməsi;
- Peşəyönümü məsləhət xidməti və karyera planlaması üzrə müasir məlumatları özündə əks etdirən yeni alət və vəsaitlərin hazırlanması, həmçinin beynəlxalq səviyyədə tanınan alətlərin adaptasiyası;
- Agentliyin strukturuna daxil olan yerli və tabeli qurumlarda fəaliyyət göstərən işçilərin karyera planlaması, məsləhət xidmətinin təşkili və həyata keçirilməsi ilə bağlı tələb edilən bilik, bacarıq və səriştələrə malik olub-olmadığını müəyyənləşdirmək üçün müşahidə və qiymətləndirilmə işinin təşkili və həyata keçirilməsi;
- Əmək bazarındakı dəyişikliklər, yeni trendlər və ümumilikdə peşə və ixtisaslarla bağlı ümumi maarifləndirmə işini güclə
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb