Azercell Azərbaycan gəncləri üçün Türkiyədə “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı yaradır!
Ölkənin lider mobil operatoru və Türk Telekom kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssisi Türkiyəyə düşərgəyə göndərəcək
Azercell və Türk Telekom şirkətləri birgə əməkdaşlıqda kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış gənclərin peşəkar inkişafı məqsədilə müsabiqə elan edir. Müsabiqənin nəticələrinə əsasən Azərbaycandan seçilən 10 gənc mütəxəssis bu ilin avqust ayında Türkiyədə baş tutacaq “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı qazanacaq.
Bu il ilk dəfədir ki, Türk Telekom tərəfindən “Gələcəyin KiberQəhrəmanlarından biri ol” şüarı ilə keçirilən kibertəhlükəsizlik düşərgəsinə azərbaycanlı tələbələr və universiteti yeni bitirmiş gənc mütəxəssislər müraciət edə bilərlər. Layihənin Azərbaycan tərəfdən rəsmi tərəfdaşı - ölkənin lider mobil operatoru "Azercell Telekom”dur. Azercell düşərgəyə qatılacaq tələbələrin seçimi prosesini təşkil edərək qaliblərin iştirakına dəstək olacaq.
Qeyd edək ki, Türk Telekom tərəfindən kibertəhlükəsizlik düşərgəsi (bootcamp) hər il təşkil olunur. 2023-cü ildə düşərgə 14–23 avqust tarixlərində baş tutacaq. 10 günlük düşərgə müddətində tələbələr kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də təcrübə baxımdan mühüm mövzularda təlimlər alaraq bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Həmçinin düşərgə sonrası tələbələrin imtahanlarda göstərəcəkləri nəticələrdən asılı olaraq yüksək qiymətlərlə fərqlənənlərə iş imkanları yaradılacaq.
Biz nə təklif edirik:
- Türkiyənin İstanbul şəhərində 10 gün ərzində kibertəhlükəsizlik mövzuları üzrə nəzəri və praktiki təlim (Qeyd: Təlim türk dilində keçiriləcək)
- Fərdi İnkişaf/Yumşaq bacarıq təlimləri, əyləncəli tədbirlər
- Sektorun aparıcı ekspertləri ilə görüşlər
- Ödənişsiz səyahət, qidalanma, gecələmə
- Sertifikasiya
- Yeni karyera imkanları
Təlim qrafiki:
- Hər gün 9:00 – 18:00 təlim (nahar və fasilələr daxil olmaqla)
Düşərgə yeri:
- Türkiyə, İstanbul, “Türk Telekom“-un ofisi
Düşərgə müddəti: 10 gün
İştirakçının əsas öhdəlikləri:
- Hər gün təlimlərdə iştirak etmək
- Verilən tapşırıqları vaxtında təhvil vermək
- Təşkilatçılar və mentorlar tərəfindən təyin edilən qaydalara riayət etmək
Requirements
Təlim düşərgəsində kimlər müraciət edə bilər:
- Təlim düşərgəsində iştirak üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Universitetin 3-cü və ya 4-cü kurs tələbələri, son iki il ərzində məzun olmuş gənclər (Kibertəhlükəsizlik, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya analoji fakültələr)
- Magistratura pilləsi üzrə təhsil alanlar
- Gələcək karyerasını Kibertəhlükəsizlik, İnformasiya Təhlükəsizliyi üzrə qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
- Azərbaycan dili - əla, ingilis və türk dili - orta səviyyədə
Müraciət qaydası:
- Təlim düşərgəsində iştirak üçün “MÜRACİƏT ET” düyməsini seçin;
- Şəxsi məlumatlarınızı yerləşdirərək «CV»–nizi yükləyin.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Hiring process
Seçim mərhələləri:
- CV-lərin nəzərdən keçirilməsi
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair test
- Müsahibə
Deadline for applicants
28th July 2023 12:00 AM
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur