Cümə axşamı, 21 Avqust, 2025

“CCTV üzrə Texnik” vakansiyası


  • Dərc edildi: 1 Noyabr, 2023 - 20:02
“CCTV üzrə Texnik” vakansiyası

"Azərbaycan Supermarket" MMC Tikinti komandasına “CCTV üzrə Texnik” vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
·       Giriş nəzarəti, təhlükəsizlik siqnalı, qapalı dövrə televiziya sistemləri və digər fərqli təhlükəsizliklə əlaqəli sistemlərin quraşdırılması və xidmətini həyata keçirmək.
·       Sistemləri qiymətləndirmək, diaqnoz qoymaq, problemi həll etmək və təmir işlərini lazımi qaydada həyata keçirmək
·       Funksionallığı və istifadə imkanlarını artırmaq üçün yenilənmələr həyata keçmək və əlavələr etmək.
·       İnventarlaşdırma aparmaq və tələb edilən əşyaların mövcudluğunu təmin etmək üçün avadanlıq və təchizatları tələb etmək.
·       İş sahəsində lazım olan materialların mövcudluğunu təmin etmək üçün müxtəlif əşyaları daşımaq (məs. alətlər, avadanlıq, qurğuları və s.).
·       Təhlükəsiz problemlərini dərhal həll etmək üçün iş saatından sonra və iş saatı ərzində fövqəladə hallara cavab vermək.
·       Qapalı dövrə televiziya kameraları, girişə nəzarət qurğuları və mühafizə siqnalı sistemlərini lazim olduqda əlavə etmək üçün kompüter proqramının daxil edilməsini lazımi qaydada həyata keçmək.
Tələblər:
·       Müvafiq istiqamət üzrə 6 aylıq təcrübəyə malik olmaq.
·       Yüksəklikdə işləyə bilmək bacarığı.
·       Öyrənməyə və bacarıqlarını artırmağa açıq olmaq.
·       Aktiv və çevik olmaq.
 
Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində “CCTV üzrə Texnik” qeyd etməklə edə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...