Şənbə, 23 Avqust, 2025

850 icma əsaslı qrupda əyani tədris davam edir


  • Dərc edildi: 7 Oktyabr, 2021 - 11:52
850 icma əsaslı qrupda əyani tədris davam edir

850 icma əsaslı qrupda əyani tədris davam edir

2021-2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qruplarda tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə təşkil olunub.   Ənənəvi olaraq, yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan əvvəl Bakıda keçirilən təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.   Qeyd edək ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi barədə ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz:www.icmalayihesi.edu.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 402
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7277
Sumqayıt Dövlət Univ...