Maliyyə direktorluğu Kreditorlar üzrə aparıcı mühasib vakansiyası
"Veysəloğlu" MMC Maliyyə direktorluğu Kreditorlar üzrə aparıcı mühasib vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Yeni bağlanan xidmət müqavilələrin Mühasibatlıq şöbəsinə aid maddələrinin kontrolu, şərhlərin verilməsi;
- Ay sonunda Müxabirləşmə üzrə üzrə cari qalıqlarının kontrolu;
- Xarici fabriklərə rəsmi məktubların yazılması və icrayadək gedişatın izlənməsi;
- Yerli tədarükçülərin ödənişlərin icrası və nəzarəti, gələn mədaxillərə nəzarət etmək, banklara sənədlərin təqdimi;
- Xarici tədarükçülərlə debitor və kreditor kvartal üzləşmələrin aparılması;
- Aylıq xərcləri (promo on, trade terms, space rent, utilization, dashboards və s.) fabriklə razılaşdırılmış formatda
hesabatların təqdim olunması;
- Ezamiyyət xərclərinin kontrolu və tədarükçü hesabatlarında əks olunması;
- Aylıq gəlir və xərclərin hesabatda əks olunması
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramların biliyi (MS Excel yüksək səviyyədə);
- SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
- Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı, ingilis dili arzuolunandır;
- Məntiqi və analitik düşünmə bacarığı;
- Problemləri həll etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kreditorlar üzrə aparıcı mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına vgöndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur