Cümə, 22 Avqust, 2025

"Birlik" Qarabağ gənclərinin həmrəylik düşərgəsi - 3


  • Dərc edildi: 6 Sentyabr, 2023 - 23:52
"Birlik" Qarabağ gənclərinin həmrəylik düşərgəsi - 3

"Birlik" Qarabağ gənclərinin həmrəylik düşərgəsi - 3

“#Birlik” düşərgəsi azad Laçında! 

#Qarabağ gənclərinin həmrəylik rəmzinə çevrilən “Birlik” düşərgəsi bu dəfə 11-16 sentyabr tarixlərində ölkəmizin qədim və əsrarəngiz guşəsi olan #Laçın şəhərində keçiriləcəkdir. 

 Əgər sən də şəbəkələşmək, Qarabağda dirçəlişlə bağlı ideyalarını bölüşmək, müxtəlif təlimlər, tematik vörkşoplar, intellektual və komanda inkişafı oyunları vasitəsilə əylənərək öyrənmək və nəhayət doğma Laçında xoş xatirələrlə dolu anlar yaşamaq istəyirsənsə, elə indi müraciət et, düşərgədə iştirak şansı qazan.

 Artıq üçüncü ildir ki, təşkil olunan düşərgə bu il "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasın Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən daha rəngarəng proqramla həyata keçiriləcəkdir. 

 Qeydiyyatdan keçən gənclər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibəyə dəvət olunacaqlar.


 Seçimlər zamanı 18-25 yaş arası fəal və yaradıcı Qarabağ gənclərinə üstünlük veriləcəkdir.

 Qeydiyyat üçün son tarix: 08.09.2023, 18:00

 

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 276
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 63
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7169
Sumqayıt Dövlət Univ...