Aqrar İnnovasiya və Təchizat Şirkəti -
İnsan Resursları Şöbəsinin Rəhbəri
İş şərtlərimiz:
Əmək haqqı: 2500 - 3000 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur.
email : [email protected]
Namizədə olan tələblər:
Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
İnsan resursları sahəsində təcrübə minimum 5 il;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;
Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;
Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur