reklam

Media və kommunikasiya sahəsində maaşlı təcrübə proqramı

"Bir Könüllü" Tələbə Təşkilatı media və kommunikasiya sahəsində təcrübəli, yenilikçi və ictimai təsir yaratmaq üçün motivasiyalı gəncləri idarə heyətinə dəvət edir. Təşkilati komanda ilə birgə çalışmaq istəyən, bilik və bacarıqlarına güvənən, yeni təcrübələr əldə etmək istəyən, təşkilatımızın uğurlarına öz əməyi ilə töhfə vermək istəyən hər bir gənci qeydiyyatdan keçməyə dəvət edirik.  

  Vəzifələr: 
 

  • Təşkilatın yeni media və kommunikasiya strategiyasının hazırlanması və icra olunması;
  • Məlumatların hədəf auditoriyasına çatdırılması üçün yeni yanaşmaların tətbiq olunması;
  • Təşkilatın mətbuat əlaqələrini idarə etmək və media tərtibatlarını həyata keçirmək;
  • Kreativ və maraqlı media məhsullarının hazırlamanması və müxtəlif KİV-də işıqlandırılması;
  • Müsahibələrin, yazıların, məqalələrin və press-relizlərin hazırlanması;
  • Mövcud sosial media səhifələrinin idarə edilməsi və strateji olaraq inkişaf etdirilməsi;
  • Təşkilatın brendinə, brend keyfiyyətlərinə və brend identikifikasiyasına nəzarət edilməsi və təkmilləşdirilməsi;
  • Media nümayəndələrinin, media məzmununun və kommunikasiya layihələrinin effektivliyini ölçmək üçün statistik məlumatların toplanması və təhlil edilməsi;

  Tələblər:
 

  • Kommunikasiya, media, jurnalistika və ya bənzər sahələrdə ali təhsil;
  • Kommunikasiya strategiyalarını hazırlamaq, icra etmək və nəzərdə tutulan nəticələri ölçmək bacarığı;
  • İxtisaslaşmış media alətlərindən istifadə təcrübəsi;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
  • Fotografiya və video tərtibatı bacarığı və müvafiq texniki biliklər;
  • Sosial media platformalarının effektiv istifadəsi, reklam idarəçiliyi və statistik analitika bacarığı;
  • Özünün idarə etmə bacarığı, müstəqil iş götürmə qabiliyyəti və iş qrafikinin idarə olunması bacarığı;

Əgər yuxarıda göstərilən tələb və vəzifələr sizə uyğundursa, həmçinin media və kommunikasiya istiqamətində təşkilatın fəaliyyətinə dəstək göstərmək, eləcə də bacarığınızı təkmilləşdirmək istəyirsinizsə, qeydiyyat formunu    30.10.2023-cü il tarixinə qədər doldurmağı unutmayın. Qeyd edək ki, tələblərə cavab verən namizədlərin təşkilatın idarə heyətinə cəlb olunması, layihə əsaslı aylıq məvacib ayrılması nəzərdə tutulub. 

Sizə seçimlərdə uğur arzu edirik! 

Təşkilati komanda ilə birgə çalışmaq istəyən, bilik və bacarıqlarına güvənən, yeni təcrübələr əldə etmək istəyən, təşkilatımızın uğurlarına öz əməyi ilə töhfə vermək istəyən hər bir gənc aşağıdakı  qeydiyyat formu vasitəsi ilə müraciət edə və ya CV sənədlərini "Media və kommunikasiya" başlığı ilə [email protected] mail ünvanına göndərə bilərlər. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az