Cümə, 11 İyul, 2025

Xidmətlər üzrə məsləhətçi (Reception) – Şəki vakansiyası


  • Dərc edildi: 24 Fevral, 2023 - 21:44
Xidmətlər üzrə məsləhətçi (Reception) – Şəki vakansiyası

“Bank Respublika” ASC Şəki filialı üçün Xidmətlər üzrə məsləhətçi (Reception) vakansiyasını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili orta səviyyədə arzuolunandır; 
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 mart 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Şəki qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 891
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 121
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 111
Məktəbəhazırlıq qrup...