“Əcnəbi tələbələrin qəbulu üzrə qrupun rəhbəri” vəzifəsi üzrə vakansiya

Azərbaycan Texniki universiteti -AzTU “Əcnəbi tələbələrin qəbulu üzrə qrupun rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir.
 
Tələblər
-      Ali təhsil (MBA təhsili olması üstünlükdür);
-      Xaricdə təhsil təcrübəsi;
-      Minimum 3 il iş təcrübəsi (Təhsil sahəsi üzrə olması arzu olunandır);
-      Beynəlxalq layihələr və xaricilərlə iş təcrübəsi;
-      Dil bilikləri: İngilis, rus və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcəkdir);
-      MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-      Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;
-      Azərbaycan Respublikasının Elm və Təhsil haqqında Qanunları;
 
Vəzifə öhdəlikləri:
-      Əcnəbi tələbələrin Universitetdə təhsil almaları üçün ölkə daxilində və xaricdə təşviqat və təbliğat işlərinin aparılması, bununla bağlı müvafiq qurum və təşkilatlarla əlaqələrin qurulması;
-      Əcnəbi tələbə cəlbi ilə bağlı universitetin beynəlxalq təhsil və elm məkanında təmsil edilməsi ilə əlaqəli təkliflərin verilməsi, beynəlxalq sərgilər, forumlar, tədbirlər haqqında məlumatların toplanması, bu kimi tədbirlərdə universitetin təmsil olunması;
-      Beynəlxalq təhsil məkanının tələbləri barədə tədqiqat və analizlərin aparılması, beynəlxalq təcrübədə tətbiq olunan mexanizmlərin universitetə əcnəbi tələbə cəlbi zamanı istifadə olunması;
-      Əcnəbi tələbələrin qəbul və qeydiyyatı üzrə lazımi sənədləşmə prosedurlarının həyata keçirilməsinə nəzarət;
-      Azərbaycanda yaşadıqları müddətdə əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiyasının təmin olunması üçün müxtəlif tədbir və proqramların təşkili, universitetin təşkil etdiyi mədəniyyət tədbirlərinə onların cəlb edilməsi.
 
İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30
Əmək haqqı: 1300 AZN (gross)
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Əcnəbi tələbələrin qəbulu üzrə qrupun rəhbəri” qeyd etməklə göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az