Çərşənbə axşamı, 2 Sentyabr, 2025

"İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda Həmkarlarası müzakirə həyata keçiriləcək


  • Dərc edildi: 24 Oktyabr, 2022 - 12:57
"İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda Həmkarlarası müzakirə həyata keçiriləcək

Növbəti möhtəşəm tədbirimiz barədə məlumat vermək istərdim 

28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Dayaq Patronaj xidmətinin birgə təşkilatçılığı ilə “29 Oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda Həmkarlarası müzakirə həyata keçiriləcək.

Tədbir zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən insultdan sonrakı dövrün reabilitasiyası, insult keçirmiş xəstələrdə konqnitiv, əqli və danışıq funksiyalarının bərpası strategiyası və insult keçirmiş xəstələrə evdə xidmətin təşkili barədə məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.

Tədbir proqrama uyğun olaraq fizioterapevt-reabilitoloq, nevropatoloq, orta tibb personalı və rezidentlər üçün nəzərdə tutulmuşdur. Tədbir əyani olaraq saat 14:30-dan 17:30-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçiriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR! 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/8D72H8Wh5867AY1o7

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1012
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 214
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7960
Sumqayıt Dövlət Univ...