“İş Klubu 8” layihəsinə qeydiyyat başlayıb

“İş Klubu 8” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən təşkil edilən “İş Klubu 8” layihəsinə qeydiyyat başlayıb. 

 

Layihə müddətində peşəkar ekspertlər tərəfindən iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında təlimlər keçiriləcək.


2 həftə davam edəcək layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər.


Layihədə iştirak üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.


Son müraciət tarixi: 27 fevral 2023-ci il.

Layihənin başlama tarixi: 03 mart 2023-ci il.

 

Qeydiyyat linki: https://forms.gle/L9bcwXpR4e9L6btf7

 

Əgər sən də işi harada və necə axtaracağını bilmirsənsə, karyera planlamasında dəstəyə ehtiyacın varsa, bu layihə məhz sənin üçündür!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az