Cümə axşamı, 21 Avqust, 2025

AzTU-da MBA proqramı çərçivəsində yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur


  • Dərc edildi: 15 Dekabr, 2023 - 23:00
AzTU-da MBA proqramı çərçivəsində yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun MBA proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan və ingilis bölmələri üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Fənlərin siyahısı:

· “Böyük Data üçün təhlükəsizlik və məxfilik” (Azərbaycan bölməsi)

· “Keyfiyyətin idarə edilməsi” (İngilis bölməsi)

· Qlobal enerji bazarları və siyasəti (Azərbaycan və ingilis bölmələri)

· Təchizat zəncirinin analitikası (İngilis bölməsi)

Tələblər:

· İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. 

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb [email protected] elektron ünvanına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidir. İngilis dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis dilində təqdim etməlidir.

Müraciət üçün son tarix: 15 yanvar 2024-cü il

Sillabus-Az

Syllabus-Eng

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...