
TƏBİB Müraciətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinə Çağrı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şəhər
Bakı
Son müraciət
26.01.2025
Görəcəyiniz işlər:
- Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin qəbul edilməsi, baxılması və cavablandırılmasının təmin edilməsi
- Daxil olmuş müraciətin əlavə araşdırılması məqsədilə aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi
- Müraciət edən şəxslərə tələb olunan digər informasiya xidmətlərinin göstərillməsi
- Vətəndaşların Çağrı xidməti şöbəsinə etdikləri müraciətində qaldırılan məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll olunması, pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı tədbirlərin görülməsi
- Müvafiq sahə üzrə qanunvericiliyin yüksək səviyyədə mənimsənilməsi
- İş xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi
- Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi
- İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşülməsi və əldə edilməsi
- TƏBİB-in tabeliyində olan müəssisə və təşkilatlarına şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi
- Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi
Bizim üçün uyğun namizəd:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- İntizamlılıq
- Dəqiqlik
- Nəticəyönümlülük
- Fikrini səlis ifadə etmək
- Stressə davamlılıq
Əlavə məlumatlar:
- İş qrafiki: Növbəli iş
Müraciət qaydası
- CV [email protected] ünvanına göndərilməlidir
- Mövzu sətrində “Çağrı xidməti şöbəsi - mütəxəssis” qeyd olunmalıdır
- Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
1 Rəy Var
Salam Müraciyətlərlə iş departamentinin Çağrı xidməti şöbəsinin çağrı üzrə mütəxəsis vəzifəsi üçün tibb təhsili mütləqdi digər ixtisas məsələn mənim ixtisasım İnzibati İdarəetmə üzrə İdarəetmə Mühəndisliyidi bu ixtisas daha uyğun gəlir qoyulmuş vakansiyaya