Şirkətin satınalmalar üzrə müdirinin şəxsi köməkçisi vakansiyası

Şirkətin satınalmalar üzrə müdirinin şəxsi köməkçisi (Personal assistant to the director of procurement)

 

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

• Ali təhsil və ya orta ixtisas təhsil;

• Xarici şirkətlərlə tez-tez həm video zəng şəklində, həm də fiziki olaraq ünsiyyətdə olacağına görə namizədin ingilis dilində sərbəst danışıq və professional yazışma bacarığının olmağı mütləqdir;

• O cümlədən, yaxşı dərəcədə yazılı və şifahi rus və türk dili biliyi arzuolunandır;

• MS Office proqramlarında işləyə bilmək bacarığı;

• Koordinasiya, ünsiyyət qurma və təşkilatçılıq qabiliyyəti.

Yalnız xanım namizədlər üçün nəzərdə tutulur

 

İŞİN TƏSVİRİ:

• Rəhbərlik tərəfindən tələb edilən tapşırıqların, təqdimatların və s. hazırlanması.

• Rəhbərliyin tapşırığı ilə xarici partnyorlarla işgüzar yazışmaların və danışıqların aparılması;

• Rəhbərliyə ünvanlanmış elektron məktubların cavablandırılması, sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.

 

Əmək haqqı standart olaraq 600-800 AZN aralığında olub, namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəxsi köməkçi” qeyd edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Şirkət haqqında:

 

Azərbaycan vətəndaşlarının istifadəsinə keyfiyyətli brendlər təqdim etmək məqsədi ilə fəaliyyətə başlayan “Yussal Provision” MMC kosmetika sənayesindəki bir çox qlobal brendin rəsmi distributorluğunu edərək onların topdan satışı ilə məşğuldur.

Şirkətimiz təklif etdiyi məhsulların, göstərdiyi xidmətlərin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını davamlı olaraq artırmaqdadır. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 300-dən çox kosmetik mağazayla əməkdaşlıq edirik.

 

Missiyamız - təcrübəli komanda fəaliyyətimizlə keyfiyyətli və sertifikatlaşmış məhsulları alıcılarla tanış etmək və ölkəmizdə fəaliyyət göstərən ticarət nöqtələrinə həmin keyfiyyətli məhsulların satışını həyata keçirməkdir. Alıcılara məhsulların düzgün seçimində köməklik məqsədilə məhsulların hər biri üzrə peşəkar mütəxəssislər təyin edilib.

Eyni zamanda əməkdaşlıq əlaqələrini genişləndirən, davamlı inkişaf edən şirkət kimi tanınmaq əsas prioritetlərimizdən biridir.

 

Vizyonumuz - hədəfimiz və dəyərlərimizə sadiq qalaraq Azərbaycanda geniş müştəri auditoriyasına sahib olmaq və Azərbaycanın hər bir bölgəsində vətəndaşlarımıza peşəkar xidmət göstərməkdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az