"Call Center operator" vəzifəsi üzrə vakansiya

Azərikard MMC "Call Center operator" vəzifəsi üzrə vakansiya elan edir:

Tələblər:
- Ali təhsil;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə riayət edərək çalışa bilmə bacarığı;
- Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
- Böyük həcmdə işlərə hazırlıq;
- Düzgün, aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
- MC Office proqramları;
- Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla)

Vəzifəsi:
- Daxil olan zənglərin qəbulu və emalı;
- Müştərilərin kartlarla əməliyyatlar və kart hesablarının informasiyası üzrə məlumatlarla təmin edilməsi və konsultasiyası;
- Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
- Kart sahiblərindən olan sorğu və müraciətlərin sənədləşdirilməsi;
- Müştəri sorğularının emalı;
- Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;

Namizədlərdən CV-ni “Operator” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az