Cümə, 6 İyun, 2025

İnsan Resursları sahəsində təcrübə proqramı


  • Dərc edildi: 5 May, 2024 - 16:16
İnsan Resursları sahəsində təcrübə proqramı

 İnsan Resursları sahəsində təcrübə proqramı

 

 

GROUPONE MMC şirkəti (Paul restoranlar şəbəkəsi) karyerasını İnsan Resursları sahəsində qurmaq istəyən gənclər üçün 3 aylıq KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI (Sənədlərlə iş – İnsan Resursları) elan edir. Araşdrma aparmağı sevən, özünə güvənən, sənədlərlə işləmək bacarığı olan, universiteti yeni bitirmiş və ya hələ təhsilini davam etdirən, dinamik, vaxtını idarə etməyi bacaran namizədlər bizə müraciət edərək komandamızın bir üzvü ola bilərlər. 
Bu proqramda iştirak etməklə, Siz gündəlik real iş prosesi ilə yaxından tanış olmaqla, İnsan resursları, sənəd dövriyyəsi, arxivləşdirmə sahəsində yeni bilik və bacarıqlara yiyələnəcək, korporativ fəaliyyətdə iştirak edəcəksiniz. 
Siz bu təcrübədə nələr öyrənəcəksiz?
·        Nəzəri bilikləri praktikada tətbiq etmək imkanı;
·        Sənəd dövriyyəsi sahəsində işləmək; 
·        Sənəd tərtibatının təmini; 
·        Şəxsi işlərin yığılması;
·        ƏMAS dövlət proqramında işləmək
Biz Sizə nə vəd edirik?
·        Yüksək komanda ruhunda əməkdaşlıq; 
·        Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
·        Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
·        Sənəd dövriyyəsi, İnsan resursları üzrə məlumat bazası ilə işləmək imkanları;
·        GROUPONE (Paul restoranlar şəbəkəsi) peşəkar komandasının bir üzvü olmaq şansı.
Sizdən gözlədiyimiz
·        Detallara qarşı diqqətli olmaq
·        Excell,word və Canva proqramlarında işləmək bacarığı
·        Vaxtın düzgün idarə edilməsi
·        İşə məsuliyyətli və həvəsli yanaşma

Təcrübə həftədə 5 gün davam edəcək (Saatlar tələbələrin dərs saatlarıyla uyğunlaşdırılacaq)
Təcrübəni müvəffəqiyyətlə başa vuran namizədlərə Sertifikat və İnsan Resursları Departamentinin direktoru tərəfindən tövsiyyə məktubu veriləcəkdir. 
Maraqlanan namizədlər öz resumelərini [email protected] ünvanına *İnsan Resursları üzrə Təcrübəçi * başlığıyla göndərə bilərlər

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 82
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 274
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 77
Elm və təhsil naziri...