Şənbə, 23 Avqust, 2025

“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçiriləcək


  • Dərc edildi: 27 Aprel, 2023 - 11:19
“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçiriləcək

“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçiriləcək

21-22 iyun 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçiriləcək.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dəstəyi, Gənc Alim və Mütəxəssislər Şurasının və Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin Təşkilat Komitəsinin sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, həmsədri isə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevdir. 

Respublika konfransına “Dövlətçilik tariximizdə Heydər Əliyev ənənələri”, “Heydər Əliyev siyasətində türk dünyasının birliyi strategiyası”, “Müasir Azərbaycan gəncliyinin - yeni nəslin inkişafında Heydər Əliyev fenomeni”, “Gənclər siyasəti, tarixi zəfərə aparan siyasət və ordu quruculuğunda Ulu Öndər Heydər Əliyevin tarixi rolu” və digər mövzular üzrə tezislər qəbul edilir.

Tezislərin son göndərilmə tarixi: 30 may 2023-cü il

Tezislərin tərtibatına dair tələblərlə buradan tanış ola bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 402
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7277
Sumqayıt Dövlət Univ...