Cümə, 22 Avqust, 2025

İnformasiya Texnologiyaları departamentində Şəbəkə administratoru vakansiyası


  • Dərc edildi: 10 Aprel, 2025 - 16:03
İnformasiya Texnologiyaları departamentində Şəbəkə administratoru vakansiyası

Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentinə Şəbəkə administratoru vəzifəsinə işə dəvət edir 
 


Vəzifəyə olan tələblər:


-Şəbəkə inzibatçılığı sahəsində minimum 5 il iş təcrübəsi;
-LAN/WAN Şəbəkə topologiyalarının planlaşdırılması, optimallaşdırılması və tətbiqi üzrə bilik və bacarıqlar;
-L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
-Palo Alto, Cisco, F5 yeni nəsil firewalları ilə iş təcrübəsi;
-Cisco ISE, Cisco CUCM, Cisco DNA Center, Vmware NSX, Panorama ilə işləmə bacarığı və iş təcrübəsi;
-BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiq edilməsi;
-RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
-Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi (Core, Router və s);
-VPN texnologiyaları və onların qurulması və tətbiqi üzrə biliklər;
-CCNP səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə;
-Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü -“Troubleshooting” bacarığı (wireshark);
-Birdən çox tapşırığı yerinə yetirə bilmə, işi düzgün planlama və prioritetləşdirmə bacarığı;
-Təşəbbüskarlıq göstərmək, ideya və yeniliklərlə çıxış etmək.
-Məsuliyyətlilik və dürüstlük;
-Müvafiq sahə üzrə peşakar sertifikatın (CCNP) olmasına üstünlük verilir.



Vəzifə öhdəlikləri:


-Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək;
-Yeni nəsil Firewall-ların, L2/L3 şəbəkə avadanlıqlarının, simsiz rabitə avadanlıqlarının sazlanması, quraşdırılması, idarə edilməsi, monitorinqinin həyata keçirilməsi;
-Sorğu sistemi, mail və zəng əsasında daxil olan sorğuların vaxtında emalı, yaranmış problemlərin araşdırılmasıvə operativ həllinin təmin edilməsi;
-RA VPN və Site-2-Site VPN tunellərin qurulması, sazlanması, müxtəlif qurumlar ilə sazlanmış mövcud VPN tunellərin dayanıqlılığını təmin etmək və müntəzəm monitorinqini aparmaq;
-Bütün növ şəbəkə avadanlıqlarının konfiqurasiyalarının daim son backup-larının olmasını təmin etmək (solarwinds);
-Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sxemləri, müxtəlif texniki sənədləri, hesabatları hazırlamaq;
-Bank və filallararası şəbəkənin stabilliyinin təmin ediləsi və optimallaşdırılması, provayderlərlə və digər firmarlarla danışıqların aparılması;
Sertifikatların, lisenziyaların qurulması, monitorinq sistemlərinin sazlanması (cacti, prtg, zabbix, netflow və s.);
-Network , sistem və digər İT komandalarla birgə işləmək;
-Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq;
CIC informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Şəbəkə inzibatçısı” qeyd etməyiniz vacibdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 307
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 64
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7175
Sumqayıt Dövlət Univ...