Bazar, 24 Avqust, 2025

Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcək


  • Dərc edildi: 22 Fevral, 2023 - 00:09
Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcəkdir.

Panel müzakirəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri  Gülnar Mirhüseynova, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Hasil Abbasov, Sumqayıt Dövlət Universitetinin Elmi hissə müdiri Samir Orucov və ekspert Vüsal Kərimli çıxış edəcək. Onlar proqram çərçivəsində Sumqayıt gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda maraqlı müzakirələr aparacaqlar. Həmçinin təqdimatlar və interaktiv debatlar təşkil olunacaqdır.

Proqramın əsas məqsədi regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərməkdir. Tanınmış ekspertlər və simaların iştirakı ilə yeni həllər, imkan və fürsətlərlə bağlı sizin görüşünüzə tələsirik!

Sumqayıt, Sumqayıt Dövlət Universiteti
28.02.23, 14:30
Qeydiyyat linki: https://lnkd.in/e8brtG8c

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 428
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7305
Sumqayıt Dövlət Univ...