"Kaspi" Təhsil Şirkəti Administrator vəzifəsi üçün vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
- Orta təhsil
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı
- Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və intizamlılıq
- Çeviklik və qısa zamanda qərar vermək bacarığı
- Şifahi ünsiyyət bacarığı
- Təxirəsalınmaz ilkin tibbi yardım biliyinin olması arzuolunandır
- İctimai təhlükəsizlik və əmlakla bağlı təhlükəsizlik qayda və normaları üzrə biliklər arzuolunandır
- Fiziki güc və xüsusi mühafizə vasitələrindən istifadə bacarığı
Vəzifə öhdəlikləri:
- Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək.
- Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq.
- Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
- Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək.
- Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
- Mühafizə kameralarının işinə nəzarət etmək.
- Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək.
- Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək.
- Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.
- Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.
- Kommunal xidmətlərə (qaz, su, işıq) nəzarət;
- Kommunal ödənişlərin edilməsi;
- Təsərrüfat, yeyinti (şirniyyat, şəkər tozu, meyvə və s,) və dəftərxana ləvazimatlarının təchizatı;
- Şirkətin əmlak və avadanlıqlarından məqsədyönlü istifadə olunmasına və saxlanılmasına nəzarət.
- Otaqların havalandırılması, istiliyi, sərinliyi, və təmizliyinə gündəlik nəzarət;
- Mütəxəssis tələb olunmayan təmir işlərinin aparılması;
- Təhsil alan uşaqların valideynlərdən qəbuluna və valideynlərə təhvil-təsliminə nəzarət;
- Şirkətə daxil olan və tərk edən insanlara ümumi nəzarət.
- Ekskursiya, bayram və digər tədbirlərin təşkilində iştirak.
- Şirkətin fəaliyyəti ilə bağlı ehtiyac olan digər işlərin yerinə yetirilməsi.
- Şirkətin rəhbərinin və menecerinin şirkətin fəaliyyəti ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi.
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
İş yeri: “Kaspi Nərimanov” MMC
Son müraciət tarixi: 15.11.2022
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur