reklam

TAU-da Qida mühəndisliyi proqramı üzrə Fizika laboratoriyasına laborant vəzifəsinə vakansiya elan edilir

TAU-da Qida mühəndisliyi proqramı üzrə Fizika laboratoriyasına laborant vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi proqramı üzrə laboratoriya saatlarının/faəliyyətlərinin idarə olunması, praktiki dərslərdə tədris və təlim assistentliyi göstərilməsi, eləcə də fizika, əsas əməliyyatlar və proses laboratoriyalarının fiziki idarə olunması məqsədilə aşağıda göstərilən xüsusiyyətlərə malik laborant vəzifəsinə vakansiya elan edilir.  

Tələb olunan xüsusiyyətlər:

· Ali təhsil: Magistratura və ya doktorantura (fizika mühəndisliyi, fizika, qida mühəndisliyi, kimya mühəndisliyi və ya müvafiq sahə üzrə);

· İş təcrübəsi: Qeyd olunan sahələrin birində 1 (bir) - 2 (iki) il peşəkar iş təcrübəsinə sahib olmaq;

· Dil biliyi: Azərbaycan, türk (şifahi və yazılı ünsiyyət), ingilis dili;

· Texniki sənədləri effektiv şəkildə oxuyub başa düşmək və texniki mövzularda güclü yazılı və şifahi ünsiyyət qurma bacarığına malik olmaq;

· Mövcud informasiya texnologiyalarını izləyən, araşdırma və inkişaf etdirilməyə açıq, yenilikçi və proaktiv yanaşma nümayiş etdirmək;

· Təşəbbüskarlıq, analitik düşünmə və effektiv problem həlletmə bacarıqlarına malik olmaq;

· Tələbələrlə və inzibati bölmələrlə münasibətlərdə yüksək səviyyədə ünsiyyət bacarıqlarına malik olmaq.

İşin təsviri:

· Fizika və Qida mühəndisliyi laboratoriyalarında əsas əməliyyatlar və Proses laboratoriyalarında mövcud infrastrukturdan (avadanlıqlar) istifadə etmək, təcrübə qurğularını hazırlamaq və laboratoriya dərslərinə hazırlıq görmək;

· Qida mühəndisliyi proqramının dərslərində tələb olunduqda laboratoriya assistentliyi  etmək və laboratoriya dərslərini fənn müəllimi ilə koordinasiya edərək idarə etmək;

· Tədris ilinin əvvəlində laboratoriyaları tədris planına və dərslərin tələblərinə uyğun hazır vəziyyətə gətirmək, onları yeniləmək, mövcud infrastrukturda çatışmazlıqları müəyyənləşdirib tələb etmək, tədris ili ərzində yaranan problemlərə müdaxilə etmək və texniki dəstək göstərmək;

· Avadanlıqların işlək vəziyyətinə nəzarət etmək və lazımi sərfiyyat materiallarının mövcudluğunu izləmək;

· Kimya laboratoriyalarında tələbələrin fəaliyyətlərini və qayda pozuntularını izləmək, hesabat vermək və təhlil etmək;

· Laboratoriyanın təhlükəsizliyindən məsul olmaq, tələbələrə təhlükəsizlik qaydaları haqqında məlumat vermək, dövri təhlükəsizlik yoxlamalarını həyata keçirmək, izləmək və hesabat vermək;

· Laboratoriya tətbiqləri ilə bağlı Hacettepe Universitetinin Qida mühəndisliyi bölməsi ilə əməkdaşlıq edərək koordinasiyalı şəkildə işləmək;

· Avadanlıqların idarə olunması, gündəlik yoxlamalar və təhlükəli tullantıların prosedurlara (qanunvericiliyə) uyğun şəkildə toplanmasını izləmək və hesabat vermək;

· Laboratoriya infrastrukturunun dövri təhlükəsizlik yoxlamalarını həyata keçirmək, izləmək və hesabat vermək;

· Laboratoriyalarda çatışmazlıqlar və təhlükəsizliklə bağlı lazım olan yazışmaları hazırlamaq və müvafiq bölmələrə dəstək olmaq;

· Proqram koordinatorunun verdiyi əlavə vəzifələri yerinə yetirmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22.11.2024


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az