Bazar, 24 Avqust, 2025

İnsan resursları departamentində Təlim və inkişaf üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 19 Avqust, 2023 - 13:41
İnsan resursları departamentində Təlim və inkişaf üzrə mütəxəssis vakansiyası

Elm və Təhsil Nazirliyinin tabe qurumunun İnsan resursları departamentində Təlim və inkişaf üzrə mütəxəssis vəzifəsi vakantdır!
 
Vəzifə öhdəlikləri
-         İşçilərin təlim ehtiyaclarını müəyyənləşdirmək;
-         İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
-         Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
-         Təlim prosesi üzrə qabaqcıl təcrübəni öyrənərək iş prosesində tətbiq etmək;
-         İcra olunan təlimlərin nəticələrini qiymətləndirmək və effektivliyini ölçmək.
 
Xüsusi tələblər 
-         Ali təhsil;
-         Təlim və inkişaf üzrə 2 il iş təcrübəsi;
-         Kompüter bilikləri (MS Office);
-         Dil bilikləri (İngilis dili, rus dili)
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təlim və inkişaf üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.      
 
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.
 
Son müraciət tarixi: 31.08.2023-cü il

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 423
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7302
Sumqayıt Dövlət Univ...