Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Lənkəran-Astara) vakansiyası

“Bank Respublika” ASCCənub bölgəsinə (Lənkəran-Astara) problemli kreditlərin yığımı üzrə mütəxəssis vakansiyasını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
  • Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
  • Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
  • Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
  • Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarının tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlərin yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək. 

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Borcların yığılması və problemli müştərilərlə iş üzrə 3 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan və rus dili əla;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Lənkəran-Astara) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az