Çərşənbə, 3 Sentyabr, 2025

İnsan resursları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 5 May, 2023 - 21:31
İnsan resursları üzrə mütəxəssis vakansiyası

"FINCA Azerbaijan" İnsan resursları üzrə mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

 

Təsvir

Əsas öhdəliklər:

 

İşçi heyəti və İmtiyazların İdarə Edilməsi (70%)

·       İşçilərin şəxsi işlərinin müəyyən edilmiş siyasət və prosedurlara uyğun olaraq saxlanılmasını və yenilənməsini təmin etmək.

·       İşçilərin qovluqlarının müəyyən edilmiş siyasətlərə əsasən məxfi saxlanılmasını təmin etmək, lazım olduqda məşğulluq sənədlərini yeniləmək.

·       İş müraciətləri və iş yerindən arayışlar və s. kimi işlə əlaqəli bütün sorğuları düzgün şəkildə və vaxtında, habelə yerli qanunvericiliyə və müəyyən edilmiş siyasət və prosedurlara əsasən cavablandırmaq.

·       İnsan Resursları üzrə İnformasiya Sistemini (İRİS) idarə etmək və qoruyub saxlamaq, həmçinin lazım olduqda İRİS hesabatlarını baş menecerlərə təqdim etmək.

·       İşçilərə imtiyazların verilməsi prosesinin idarə edilməsinə nəzarət etmək, imtiyaz təminatçıları ilə əməkdaşlıq etmək və sözügedən təminatçıların işçilərə keyfiyyətli xidmət göstərməsini təmin etmək

·       Hər ayın sonunda iş cədvəllərini yoxlamaq və iş cədvəlləri barədə qeydləri tələb olunan əlavə sənəd və məlumatlarla birlikdə maliyyə şöbəsinə təqdim etmək.

·       FINCA Azərbaycan təşkilatının əmək haqqı sistemi, işçi imtiyazları və tələb olunduqda işçi heyəti ilə əlaqəli digər sistem, siyasət və prosedurların həyata keçirilməsində İR şöbəsi və FINCA Azərbaycan təşkilatının digər şöbələri arasında koordinasiyanın olmasına xidmət etmək.

·    Azərbaycan Respublikasının əmək qanunvericiliyi və normativ aktları izləmək və FINCA Azərbaycan təşkilatının hər zaman Azərbaycan Respublikasının qanunvericiliyinə sadiq qalmasını təmin etmək üçün Hüquq şöbəsi ilə əməkdaşlıq etmək.

Digər (30%)

·      Tələb olunduqda İR şöbəsinin işə qəbul, təlim funksiyalarının həyata keçirilməsində dəstək göstərmək.

·      FINCA Azərbaycan təşkilatının İR şöbəsini digər şöbə və bölmələrə xidmət göstərən bir şöbə kimi təkmilləşdirmək məqsədilə İR üzrə Menecerlə birlikdə çalışmaq və daxili müştəri məmnuniyyətini təmin etmək

·      İR üzrə Menecer tərəfindən tələb olunan digər İR fəaliyyətlərində iştirak etmək və yaxından kömək etmək.

·      Digər İR tapşırıqlarını düzgün şəkildə yerinə yetirmək. 

Tələblər

Təhsil və Təcrübə                 

  1.   İnsan resursları, dövlət və ya biznes idarəçiliyi, hüquq, sosial elmlər və ya digər əlaqədar sahələr üzrə universitet dərəcəsi;
  2. İnsan resurslarının idarə olunması sahəsində minimum 1 il iş təcrübəsi;

Son müraciət tarixi: 21/05/23

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1081
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 242
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8066
Sumqayıt Dövlət Univ...