Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə start verir
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.
Tələblər və meyarlar
Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı;
Yaşı 35-dən aşağı olmalı;
AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı;
Pedaqoji stajı 3 ildən çox olmalı;
Məsuliyyətli, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqları olmalı;
Aktiv sosial şəbəkə istifadəçisi olmalı;
Ali təhsilli və regional təmsilçilər üzrə iş istiqamətində müvafiq təcrübəyə malik olmalı;
Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı olmalı, MS Excel proqramında xüsusi cədvəllər hazırlamaq, arxivləşdirmək, mövcud dataları təhlil etməyi bacarmalı;
Azərbaycan dilini mükəmməl bilməli;
Layihələrin yazılması və idarə edilməsi ilə bağlı bilik və təcrübəsi, eyni zamanda, müəllimlərlə əməkdaşlıq və kommunikasiyanın təşkili üzrə təcrübəsinin olmasına üstünlük verilir.
Vəzifə funksiyaları və öhdəlikləri
AGMA-ya üzv olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək;
AGMA-nın fəaliyyət istiqamətləri üzrə iş mexanizmi və strategiya ilə üzv müəllimləri tanış etmək;
Təmsil etdiyi region üzrə whatsapp və ya digər kommunikasiya imkanları yaratmaq. Bu platformanın daimi və işlək olmasını təmin etmək;
Üzvlər ilə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək;
Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək;
Regionda tədris ili müddətində 3 dəfə təqdimatlar etmək;
Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq.
Seçimlər 3 mərhələdə aparılacaqdır.
Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi
Qeydiyyat anketini doldurmaq üçün linkə daxil olaraq məlumatları yazmaq lazımdır.
Qeydiyyat linki: https://forms.gle/FQHc4NvWwWrKWNFL9
Qeydiyyatın bitmə tarixi: 15 avqust 2023-cü il saat 23:59
Mərhələ 2: Müsabiqənin təşkili
Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə, ünsiyyət, oxuyub-anlama və təhliletmə bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test mərhələsi Bakı şəhərində təşkil ediləcəkdir. II mərhələdə iştirak etmək şansı qazanan namizədlərə e-mail vasitəsilə məlumat göndəriləcəkdir.
Müsabiqənin keçirilmə tarixi: 19 avqust 2023-cü il saat 12:00-13:00
Mərhələ 3: Müsahibənin təşkili
İkinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin elektron ünvana göndəriləcəkdir.
Müsahibənin keçirilmə tarixi: 28 avqust-10 sentyabr 2023-cü il
Mərhələləri uğurla başa vurmuş namizədlər ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən, regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı, il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master-klasslara cəlb olunaraq onların peşəkar bilik və bacarıqların artırılmasına dəstək olunacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur