Bazar ertəsi, 1 Sentyabr, 2025

Palçıq Vulkanları Turizm kompleksinə işçilər tələb olunur


  • Dərc edildi: 22 Sentyabr, 2023 - 12:40
Palçıq Vulkanları Turizm kompleksinə işçilər tələb olunur

Aşağıda qeyd olunan iş təklifini nəzərinizə çatdırıram.
 
Məlumat üçün bildirirəm ki, Qobustan rayonunda yerləşən Palçıq Vulkanları Turizm Kompleksi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin balansındadır. Həmin kompleks Bakı şəhərindən 59 km məsafədə yerləşir.
Qeyd olunan kompleksə işçilər tələb olunur.
 
Qeydiyyatçı (dil biliyi arzuolunandır)
Muzey baxıcısı (dil biliyi zəruridir)
Bələdçi (dil biliyi zəruridir)
Gözətçi
Texniki işçi
Xadimə
 
 
Nəzərinizə çatdırmaq istərdim ki, əməkdaşların daşınması üçün servis xidməti təmin olunacaq və çıxış 28 may metrosu ərazisi üzrə nəzərdə tutulmuşdur. İş saatları Əmək məcəlləsinə uyğun olaraq həftəlik 5 gün və 40 saat olmaqla təmin edilir.
İş saatları 09:00-18:00 (turizm mövsümi ilə əlaqədar 10:00-19:00 ola bilər)
Əmək haqqı yüksəkdir.
 
Maraqlanan şəxslərin CV.lərini (vəzifə qeyd edilməklə) [email protected] ünvanına göndərmələrini xahiş edirəm.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 206
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7878
Sumqayıt Dövlət Univ...