Cümə axşamı, 21 Avqust, 2025

ÖDƏNİŞSİZ Yay Riyaziyyat Düşərgəsi keçiriləcək


  • Dərc edildi: 9 İyun, 2023 - 10:49
ÖDƏNİŞSİZ Yay Riyaziyyat Düşərgəsi keçiriləcək

ABB Tech Akademiyası yeni layihə ilə qarşınızdadır! 

8-ci sinif proqramını uğurla bitirib 9-cu sinifə keçid edən və riyaziyyat biliklərinə güvənən şagirdləri 1 - 5 iyul tarixlərində Quba rayonunda baş tutacaq Yay Riyaziyyat Düşərgəsinə dəvət edirik! 

Qəbul şərtləri çox sadədir:

  • 8-ci sinifi bitirmiş, 9-cu sinifə keçid almış şagirdlər;
  • A2-B1 səviyyə ingilis dili biliyi;
  • Riyazi düşüncə və məntiq;
  • İntensiv tədrisə hazırlıq.

Qeyd edək ki, düşərgədə iştirak ödənişsizdir. Həmçinin iştirakçıların layihə müdətində nəqliyyat, qidalanma və qonaqlanma xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır. 

Bakı ilə yanaşı digər bölgələrdə yaşayan və öz bacarıqlarına güvənən bütün şagirdlər Yay Riyaziyyat Düşərgəsinə müraciət edə və 5 günlük təlimin sonunda 3000 manatadək mükafat fondunun qaliblərindən biri ola bilərlər.

Son müraciət tarixi 19 iyun, saat 23:59-dur. Yay Riyaziyyat Düşərgəsi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün linkə keçid edin: https://abbtech.az/az/riyaziyyat-dushergesi 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 124
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7091
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1834
Azərbaycan Texnologi...