Çərşənbə axşamı, 1 İyul, 2025

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 14 Fevral, 2023 - 22:29
“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:                                                              

 

  • İdarə Heyəti və bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
  • İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
  • Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq;
  • Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvləri) görüşlərini təşkil etmək;
  • Bankın rəhbər işçilərinin ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
  • Bankın rəhbərliyinə beynəlxalq maliyyə institutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda bu və ya digər sahədə minimum 1 il iş təcrübəsinin olması arzuolunandır;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Nəticəyönümlülük;
  • İşgüzar kommunikasiya qurmaq və yüksək icraçılıq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2023-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin ofisinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 51
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...