Regency Consulting and Tax Solutions MMC
Cəmiyyətimiz 2020-ci ildən öz fəaliyyətinə başlamışdır və 4 ildən artıqdır ki, yerli bazarda müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi, mühasibatlıq və kadr məsələləri üzrə xidmət göstəririk. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkişaf etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.
Şirkətimizdə işçilərin yaradıcılığı və ideaları rəhbərlik tərəfindən daim dəstəklənir. Bizimlə çalışaraq, rəhbərliklə açıq müzakirə və yaxın əməkdaşlıq imkanları, öz layihələrinizi, yenilikçi fikirlərinizi reallaşdırmaq üçün şirkətin davamlı dəstəyi, karyeranızda fərq yaratmaq imkanı və motivasiyaedici iş mühiti əldə edəcəksiniz. Bizə qoşulun, idealarınızı dəstəkləyərək birgə böyüyək.
İş barədə məlumat:
∙ Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
∙ Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
∙ Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
∙ Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
∙ Bank əməliyyatlarını həyata keçirmək;
∙ Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
∙ İşgüzar yazışmaları aparmaq;
∙ Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.
İş şəraiti:
∙ Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
∙ Korporativ mobil nömrə;
∙ Əmək haqqı – danışıq əsasında müəyyən olunur;
∙ Təcrübə proqramının müddəti 1 (bir) ay olmaqla ödənişsizdir. Təcrübə müddətini uğurla başa vuran namizədlə əmək müqaviləsi bağlanılır.
Namizəd üçün tələblər:
∙ Ali və ya orta təhsil;
∙ Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
∙ Microsoft Office proqramları ilə işləmə bacarığı;
∙ Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
∙ Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. Rus dili biliyi üstünlükdür.
Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Təcrübəçi mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur