Cümə axşamı, 21 Avqust, 2025

Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi vakansiyası


  • Dərc edildi: 21 Noyabr, 2023 - 19:34
Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi vakansiyası

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC potensial namizədləri Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:
Daxil olan zənglərin vaxtında cavablandırılması və yönləndirilməsi;
Müştərilərin sorğularının cavablandırılması;
Müştərilərə İnvestisiya məhsulu və xidmətləri haqqında məlumatların verilməsi, satışın icra edilməsi;
Görülən işlə bağlı hesabatların hazırlanması;
Şirkətin məhsul və xidmətlərinin təklifi, müraciətlər üzrə satışının aparılması;
Potensial müştərilərin cəlb edilməsi;
Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
Müştərilərdən daxil olan müraciət və problemlərə operativ baxılması;
Satış statistikasının təhlili.

Namizədlərə əsas tələblər:
Ali təhsil; Maliyyə, İqtisadiyyat üzrə;
Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya;
Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma bacarığı;
Dəqiqlik və operativlik;
Fərdi və komanda tərkibində işləmə bacarığı;
Potensial müştəri ilə ünsiyyətdə satış bacarığı;
Marjinal ticarət, həmçinin digər investisiya xidmətləri haqqında bilikləri olanlara üstünlük verilir;
Ticarət terminallarından (TradingView, Metatrader) istifadə bacarığı üstünlük hesab edilir;
Maliyyə xidmətləri sahəsində satışın psixologiyası və prinsiplərini yaxşı bilmək;
İş təcrübəsi – 1 ildən 3 ilə qədər; (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
Dil bilikləri: Azərbaycan və İngilis dili - əla, Rus dili – yaxşı;
Kompüter bilikləri – MS Office.

Maraqlanan şəxslər elektron məktub başlığında “Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 70
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7058
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1820
Azərbaycan Texnologi...