“Rabitabank” ASC İnfrastruktur və Təhcizat departamentinin Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Struktur bölmələri də daxil olmaqla, Bankın əsas vəsaitlərə, materiallara və azqiymətlilərə olan ehtiyaclarının təmin edilməsinə nəzarət etmək;
- Bankın mövcud əsas vəsaitlərinin və material aktivlərinin inventar uçotunun aparılmasını təmin etmək;
- Bankın digər struktur bölmələri ilə İTD departamentinin əlaqəli işinin qurulmasını təmin etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
- Oxşar sahədə 3il iş təcrübəsi;
- MS Office proqramlarını mükəmməl bilmək;
- Avtocad,Corel Drive proqlarında minimal iş bacarıgı:
- Tikinti sənədlərindən (forma-2) anlayışı:
- Sxemləri oxumaq bacarıgı:
- Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olmaq;
- Yüksək kommunikasiya qurmaq, komandada işləmək və problemləri həll etmə bacarığı;
- Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İTD baş mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
- E-mail: [email protected]
- Telefon: (012) 598 44 88,
- Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur