Layihələrin İdarəedilməsi Şöbəsində inşaat mühəndisi vakansiyası

Vakansiya: Layihələrin İdarəedilməsi Şöbəsinə inşaat mühəndisi tələb olunur.



 İş yeri: Kəlbəcər şəhəri
 İşəgötürən: “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ
 


 Vəzifə öhdəlikləri:


Layihəçi, podrat və subpodrat təşkilatları ilə işlərin kordinasiya edilməsi;
 Texniki nəzarət və dövlət orqanları ilə texniki sənədlərin razılaşdırılması;
 Layihə həllərinin texniki təhlili, dəyişikliklərin əsaslandırılması və təkliflərin hazırlanması;
 Smeta sənədləri ilə işləmək, faktiki iş həcmləri ilə müqayisəli təhlillər aparmaq;
 Layihələrin normativ, metodiki və rəhbəredici sənədlərə uyğunluğuna nəzarət;
Tikinti sahəsində aparılan işlərin layihəyə, SNİP və digər normativ sənədlərə uyğunluğuna nəzarət;
 İş keyfiyyətinin və texnoloji ardıcıllığın təmin olunması;
 Qəbul aktlarının və mərhələli yoxlamaların təşkilində iştirak;
 Gizli iş aktları, icra sxemləri, texniki pasportlar və digər sənədlərin hazırlanması;
 Jurnalların (ümumi, betonlama, qaynaq və s.) düzgün aparılmasına nəzarət;
 Yerinə yetirilmiş işlərin qəbulu prosesinin idarə olunması;
 Gündəlik, həftəlik və aylıq iş hesabatlarının hazırlanması;
 Qrafikə uyğun işlərin planlaşdırılması və irəliləyişin təhlili;
Risklərin öncədən müəyyənləşdirilməsi və təkliflərin verilməsi;
 Bütün texniki sənədlərin sistemli arxivləşdirilməsi;
 Audit və yoxlamalar üçün zəruri sənədlərin tam hazırlanması;
 Tikinti obyektinin istismara qəbuluna texniki dəstək;
 Təhvil prosesinə tam texniki müşayiət;
 İcra sənədlərinin yekunlaşdırılması və komissiyaya təqdim olunması;

 Texniki müşavirələrdə, işçi qruplarda və komissiyalarda iştirak.
 


 Namizədə tələblər:


 Ali texniki təhsil (inşaat mühəndisliyi üzrə)
 Minimum 5 il texniki ofis mühəndisi vəzifəsində iş təcrübəsi
Layihə və smeta sənədləri ilə peşəkar işləmək bacarığı
 AutoCAD, Excel, Word proqramlarında sərbəst işləmək
 Tikinti texnologiyaları və normativ hüquqi aktlar üzrə biliklər
 Komanda işi və texniki heyətin koordinasiyası bacarığı
Yüksək məsuliyyət, analitik düşüncə və sənəd intizamı

 


 Təklif olunur:


 Rəsmi əmək müqaviləsi
 Stabil əmək haqqı (müsahibə əsasında təyin olunur)
 Nəqliyyat və məskunlaşma (tələb olunduğu təqdirdə)
 Peşəkar və texniki inkişaf imkanı
Tikinti sahəsində ciddi və uzunmüddətli layihələrdə iştirak

 Müraciət üçün:
Qeyd olunan vakansiya üzrə iş imkanı axtaran və komandamıza qoşulmaq istəyən şəxslər cv-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

🕐 Müraciət üçün son tarix: 30.04.2025


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az