Cümə axşamı, 21 Avqust, 2025

Turizm sahəsində qurmaq istəyən gənclər üçün maaşlı təcrübə proqramı


  • Dərc edildi: 13 Mart, 2024 - 19:54
Turizm sahəsində qurmaq istəyən gənclər üçün maaşlı təcrübə proqramı

Baku Holiday Travel öz kariyerasını turizm sahəsində qurmaq istəyən, gənc, motivasiyalı və öyrənməyə həvəsli gənclər üçün ödənişli təcrübə proqramına start verir 

 Kimlər müraciət edə bilər:

 Turizm ixtisası üzrə təhsil alan bakalavr və magistr pilləsinin sonuncu kurs tələbələri
 Yaş həddi 25 yaşadək olan məzunlar
 Sahəyə marağı olan perspektivli gənclər

 Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Sahə üzrə ali təhsil (turizm, beynəlxalq əlaqələr)
Azərbaycan dili səlis, rus və ingilis dilləri yüksək səviyyədə
Microsoft Office proqramları və təqdimat bacarıqları
Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
Məsuliyyətlilik, dəqiqlik və operativlik
Daima öz üzərində işləmə, araşdırma və analitik düşünmə bacarığı

Təcrübə proqramı aşağıdakı sahələri əhatə edəcək 

Müştəri xidmətləri
Mühasibatlıq
Biznesin inkişafı
Turizmin satış istiqamətləri – daxili və xarici turlar üzrə
Aviabilet satışı üzrə

 Proqram sizə nələr qazandıracaq:

 Turizmin əsasları, viza, qlobal rezarvasiya sistemləri, satış metodikaları, beynəlxalq aviabilet yazma sistemləri və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələnmək
 Real iş mühitində çalışaraq təcrübə qazanmaq
 Təcrübədən sonra Baku Holiday Travel-da kary era qurmaq şansı əldə etmək
 Güclü və peşəkar komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq
 Komanda üzvü kimi, həmçinin müstəqil işləmək imkanından yararlanmaq

 Qeydiyyat linki: https://lnkd.in/g-A8hqCb

 Proqramın müddəti: 3-6 ay
 Son müraciət tarixi: 15 aprel, 2024-cü il

Təcrübə proqramında seçilən namizədlərə şirkət tərəfindən nəqliyyat və nahar xərcləri üçün ödəniş ediləcəkdir.

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 23
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...