Cümə axşamı, 21 Avqust, 2025

15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Cəsur kadet” sınaq günləri keçiriləcək


  • Dərc edildi: 29 May, 2024 - 15:43
15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Cəsur kadet” sınaq günləri keçiriləcək

15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Cəsur kadet” sınaq günləri keçiriləcək.

 

 "Gənclər Paytaxtı" Lənkəran şəhəri, Heydər Əliyev xatirə parkında hazırlanmış xüsusi zonada təşkil ediləcək tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.

İyunun 11-dən 13-dək hər bir vətəndaş saat 10:00-dan 17:00-a kimi yaxınlaşıb müxtəlif yaş qrupları üzrə normativləri yerinə yetirərək bacarıqlarını sınaya bilərlər. Tədbir bütün əhali üçün açıq olacaq. İştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.

Hər kəs aşağıdakı hərbi və fiziki tapşırıqları yerinə yetirməklə müvafiq sertifikat əldə edə bilər:

* Maneələr zolağının dəf olunması;

* Darağa patronların doldurulması və boşaldılması;

* Avtomatın sökülməsi və yığılması;

* Pnevmatik (tir) silahdan hədəfə atəş açmaq;

* "Airsoft" silahla praktiki atışlar;

* Qumbara qaçışı;

* ⁠Qum kisələri ilə qaçış;

* ⁠Yük maşını təkərinin çevrilməsi;

* ⁠Səmti müəyyən etmə yarışı;

* ⁠Binadan enmə əməliyyatı.

Gəlin, əzmkarlığınızı nümayiş etdirin, mükafatçılardan biri olun!

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 21
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...